Moskvada balta ilə silahlanmış kişi bank kreditinin bağlanmasını tələb edib

Moskvada balta ilə silahlanaraq banka girən və kreditini bağlamağı tələb edən sərxoş şəxs saxlanılıb.

Bu barədə RİA “Novosti” Rosqvardiyanın Mərkəzi Dairəsinin mətbuat xidmətinə istinadən məlumat verir.

Qeyd olunur ki, söhbət Böyük Tula küçəsində yerləşən şöbədən gedir.

“Operativ şəkildə hadisə yerinə gələn rosqvardiyaçılar paytaxtın 41 yaşlı sakinini saxlayıblar”,-deyə mənbə bildirib.

Kişinin zərərsizləşdirilərək polisə təhvil verildiyi bildirilir.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Prezident İlham Əliyev: "Əminəm ki, sərhəd mühafizə orqanlarının şəxsi heyəti dövlət sərhədlərimizin qorunması sahəsində mühüm vəzifələrini gələcəkdə də şərəflə yerinə yetirəcək"

Şb Avq 17 , 2019
Prezident İlham Əliyev Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin şəxsi heyətini təbrik edib. Asmedia.org AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə eyilir: “Hörmətli sərhədçilər! Sizi Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə təbrik edirəm. 1919-cu il avqust ayının 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən qəbul olunmuş qanunla […]