Mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

Müdafiə Nazirliyindən Asmedia.org-a verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

BŞTİ uşaqların I sinfə qəbulunun gecikmə səbəblərini açıqladı

Ca Avq 29 , 2019
2019-2020-ci tədris ili üçün Bakıda 8 yaşdan yuxarı 28 nəfər uşaq I sinfə qəbulla bağlı elektron qeydiyyatdan keçib. Asmedia.org xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, onlar, əsasən, 2006-2010-cu il təvəllüdlü uşaqlardır. Həmin uşaqların I sinfə qəbulunun, əsasən ailə problemləri, müxtəlif xəstəliklər və digər üzrlü səbəblərdən […]