Nazir: “Ali məqsəd innovativ biliklərə əsaslanaraq iqtisadiyyatı daha da gücləndirməkdir”

Müasir dövrdə ali təhsil almaqla yaxşı işlə təmin olunmaq mümkündür, amma insan daima öyrənməsə, onun həmin işdə qalacağına heç kim zəmanət verə bilməz.

Asmedia. org Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Ceyhun Bayramov “British Council”in Azərbaycanda həyata keçirdiyi “Məşğulluq üçün ali təhsil” proqramına həsr olunan tədbirdə deyib.

Onun sözlərinə görə, öyrənilən yeniliklər əmək bazarının tələblərinə uyğun olmalıdır. Ona görə də Azərbaycan hökuməti bütün diqqəti təhsilin üzərinə yönəldib: “Ali məqsəd neft sərvətini insan kapitalına çevirməklə, innovativ biliklərə əsaslanaraq iqtisadiyyatı daha da gücləndirməkdir. Gələcəkdə bilik və bacarıqları artırmaq üçün məhz yeni səviyyədə tələb olunan inkişafa, kritik düşüncə tərzinə və yaradıcılıq kimi sahələrə daha çox sərmayələr qoyulmalıdır. Bu isə təhsilin rolu üçün daha vacib amildir”.

C.Bayramov əlavə edib ki, xaricdə oxuyub gələn tələbələr dövlət və özəl sektorda, eyni zamanda Təhsil Nazirliyində çalışırlar: “Forum Birləşmiş Krallıq və Azərbaycan arasında gələcək əməkdaşlığı inkişaf etdirmək və uzunmüddətli iqtisadi inkişafa töhfə vermək üçün gözəl imkandır. Fəaliyyətimiz iki ölkədə təhsil siyasətinin inkişafına töhfə verir və daha güclü təhsil sisteminin qurulmasına kömək edir”.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İlham Əliyev Xaçmazın icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Ca Okt 31 , 2019
Prezident İlham Əliyev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Elnur Şahbaz oğlu Rzayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.