Nazir məktəb direktoruna şiddətli töhmət verdi

Təhsil naziri Ceyhun Bayramov məktəb direktoruna şiddətli töhmət verib.

Asmedia.org xəbər verir ki, oktyabrın 11-də Cəlilabad rayonu V.Mürsəlov adına Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin iki müəllimi bu təhsil müəssisəsində baş verən qanunsuzluqlarla əlaqədar müraciət edib.

Müəllimlər Təhsil Nazirliyinin əməkdaşı tərəfindən qəbul edilib və onlara həmin məktəblə bağlı qəbul edilən qərar barədə məlumat verilib.

Cəlilabad rayonu V.Mürsəlov adına Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru Zaur Ələkbərovun fəaliyyəti ilə bağlı Təhsil Nazirliyinə daxil olan şikayət hələ sentyabr ayında araşdırılıb və məktəbdə yoxlama aparılıb. Yoxlama zamanı məktəbin yuxarı sinfində şagirdlərin dərsə davamiyyətinə lazımi səviyyədə nəzarətin təmin edilməməsi aşkar edilib.Sonxeber.az

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

“Valday Nidası”ndan sonra “Aşqabad şoku”...

Şb Okt 12 , 2019
“Ermənistanla diplomatik mübarizədə psixoloji üstünlük İlham Əliyevdədir” Valday nokautundan sonra Azərbaycan Prezidenti bu dəfə Türkmənistanda da, MDB-nin sammitində N.Paşinyanı çıxılmaz vəziyyətə salıb. Məsələ ondadır ki, MDB gələn il faşizm üzərində qələbənin 75 illiyinin keçirilməsinə hazırlıq məsələsinin müzakirə edilərkən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın keçmiş rəhbərliyini faşist Njdeyə abidə qoyduğunu, indiki […]