Nazir müavini: “Tibb müəssisələrinin 60 faizə yaxını publik hüquqi şəxs olub”

Gələn ilin yanvarın 1-dən ölkə üzrə icbari tibbi sistemə keçiləcək. Bununla əlaqədar hazırda tibb müəssisələrinin publik hüquqi şəxs statusu alması ilə bağlı ciddi işlər görülür.

Asmedia.org  Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Onun sözlərinə görə, artıq Bakı və regionlar da daxil olmaqla, tibb müəssisələrinin 60 faizə yaxını publik hüquqi şəxs statusunu əldə edib.

Nazir müavini hazırda bu istiqamətdə işlərin davam etdirildiyini söyləyib.

E.Ağayev onu da əlavə edib ki, Azərbaycanda qızılcanın eliminasiyası istiqamətində işlər aparılır.

“Ötən illər ərzində qızılcaya yoluxma sayı bir qədər artmışdı. Hazırda Səhiyyə Naziliyi tərəfindən yoluxma hallarının qarşısının alınması üçün lazımi addımlar atılır. Vaxtilə Azərbaycanda malyariya pik nöqtədə olsa da ona yoluxmanın qarşısı alındı. Artıq Azərbaycanda bu xəstəlik yoxdur”.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanda deputat mahnı oxudu - VİDEO

Ç Noy 6 , 2019
Bəstəkar Aygün Səmədzadə Əməkdar artist Lalə Məmmədova və müğənni Vüsal Hacıyevi evində qonaq edib. Bəstəkar öncə pianoda “Məktəb illəri” mahnısını ifa edib, Lalə Məmmədova isə mahnını səsləndirib. Daha sonra “Girdim yarın bağçasına” mahnısı səsləndirilib. Həmin vaxt bəstəkarın atası, millət vəkili Ziyad Səmədzadə də onlara qoşulub.