Nazirlik: Bu il yeddi minədək müəllim işə qəbul olunub

2019-2020-ci tədris ili üzrə müddətsiz müqavilə əsasında 3260 müəllim işə qəbul olunub.

Təhsil Nazirliyindən verilən məlumata görə, onlardan 973 nəfər həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə, 2287 nəfər isə həvəsləndirmə tədbirləri tətbiq edilən məktəblərə işə qəbul olunub.

İndiyədək 3615 nəfər müddətli müqavilə əsasında müəllim adını qazanıb. Hazırda müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu prosesi davam edir.

Qeyd edək ki, ümumilikdə son beş ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. Kənd məktəblərində fəaliyyətə başlayan gənc müəllimlər üçün stimullaşdırıcı tədbirlər tətbiq edilib, 10 mindən çox müəllim bu tədbirlərdən faydalanıb.

Cari ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən üç dəfədən çox artıb, müraciət edənlərin sayı təqribən 55 min olub.

Bu il ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayanlardan hər dörd nəfərdən biri və ya 25 faizi müəllimlik ixtisasını seçib.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

SOCAR prezidenti Gürcüstanın Baş naziri ilə görüşüb

C Sen 27 , 2019
Gürcüstanda səfərdə olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bu ölkənin Baş naziri Giorgi Qaxaria ilə görüş keçirib. Bu barədə SOCAR-dan məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı, SOCAR-ın bu inkişafa verdiyi töhfələr, eləcə də, şirkətin Gürcüstandakı kommersiya fəaliyyətinin strateji istiqamətləri müzakirə olunub.