Neft və qaz sahəsindən asılılığın azaldılması əsas prioritetlərimizdəndir

Bu sözləri Prezident İlham Əliyev sentyabrın 26-da ölkəmizdə səfərdə olan Beynəlxalq Maliyyə Korporasiyasının iqtisadiyyat və özəl sektorun inkişafı üzrə vitse-prezidenti Hans Piter Lankesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

“Bizim əməkdaşlığımızın çox yaxşı və uğurlu tarixçəsi var. İqtisadiyyatımızın şaxələndirilməsi və dayanıqlı iqtisadi inkişaf üçün zəminin yaradılması planlarını nəzərə alaraq gələcək inkişaf üçün də yaxşı perspektivlər mövcuddur. Neft və qaz sahəsindən asılılığın azaldılması əsas prioritetlərimizdəndir. Əlbəttə, bunu bir günün içində etmək mümkün deyil, ancaq şaxələndirmə və iqtisadiyyatın müasirləşdirilməsi bizə bu asılılığın böyük dərəcədə aradan qaldırılmasına imkan verəcək. Əlbəttə, bildiyiniz kimi, biz biznes mühitinin yaxşılaşdırılmasına mühüm önəm veririk”, – deyə dövlətimizin başçısı qeyd edib.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Baş həkim işdən çıxarıldı

C Sen 27 , 2019
Şamaxı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Səməd Fətəliyev vəzifəsindən azad edilib.   Asmedia.org qafqazinfo-ya istinadən xəbər verir ki, S. Fətəliyev ötən gün tibbi heyətlə son toplantısını keçirərək vidalaşıb. Qeyd edək ki, ötən il baş həkim barəsində akt tərtib olunub. Buna səbəb isə Ekologiya və Təbii Sərvətlər, eləcə də Daxili İşlər […]