Özbəkistan prezidenti Azərbaycana gəlir

Özbəkistan prezidenti Şavkat Mirziyoyev oktyabrın 15-də Türk Şurasının Bakıda keçiriləcək 7-ci Zirvə görüşündə iştirak edəcək.

Bunu Türk Şurasının Baş katibinin müavini Qismət Gözəlov Naxçıvan müqaviləsinin 10 illiyi ilə bağlı keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, türkdilli dövlətlərin nazirlikləri və qurumları arasında 30-a yaxın saziş imzalanıb. Q.Gözəlov əlavə edib ki, Türk Şurasının Bakıda keçiriləcək sammitində kiçik və orta sahibkarlığa dəstək ifadə olunacaq.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım etməkdir. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Milli qurtuluşa gedən yolun ilk pilləsi...

Ca Okt 3 , 2019
Ulu öndər Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də Azərbaycan Prezidenti seçilməsi ölkəmizin tarixində yeni mərhələnin başlanğıcını qoydu Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də 1993-cü il oktyabr ayının 3-nə təsadüf edir. Həmin gün […]