PA rəhbərinin əvvəlki vəzifəsi kimə tapşırılıb?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Samir Nuriyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edərək, onun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsi hazırda Anar Adil oğlu Quliyevə tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2019-cu il tarixli sərəncamı ilə Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən "Məktəb seminarları"na start verilib

Şb Noy 2 , 2019
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Məktəb seminarları”na start verilib. Asmedia.org xəbər verir ki,”Məktəb seminarları”nın ilk sessiyası Binəqədi rayonunun ümumi təhsil məktəblərini əhatə edib. Sessiyada BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, uşaq […]