Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçqala” və “Volqodonsk” kiçik artilleriya gəmiləri iyulun 31-də Bakıya gəlib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur […]

Müdafiə Sənayesi Nazirliyində (MSN) struktur dəyişikliyi aparılıb və yeni kadr təyinatları olub. Asmedia.org xəbər verir ki, Müdafiə Sənayesi naziri Mədət Quliyevin imzaladığı müvafiq əmrlə nazirliyin Hüquq-müqavilə və kadrlar şöbəsi ləğv edilib. Onun əsasında iki yeni şöbə – Hüquq şöbəsi və Kadrlar şöbəsi yaradılıb. Eyni zamanda bu şöbələrə müdirlər təyin olunub. […]

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin modernləşdirilməsi lazımdır. Asmedia.org  Trend-ə istinadən xəbər verir ki, bunu Azernews-a Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev deyib. O bildirib ki, modernləşmə iki qarşılıqlı yolla baş verməlidir: “Birincisi, yol xəritəsi ilə birgə sənəd layihələrinin hazırlanması və onların reallaşdırılması üzrə konkret addımlardır. […]

Bu ilin yanvar-iyun aylarında ötən ilin analoji dövrü ilə müqayisədə içki istehsalı 65,2 faiz, qida məhsullarının istehsalı isə 20 faiz artıb. Asmedia.org Trend-ə istinadən xəbər verir ki, qeyd edilən müddətdə tütün məmulatlarının istehsalında da artım müşahidə olunub – 14,2 faiz. Qıda sahəsində digər məhsullar – qənd və şəkər tozu istehsalı […]

Düşmən kəşfiyyatçıları məlumat toplamaq üçün hər cür vasitələrə əl atırlar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir. Qeyd olunur ki, Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu bir dövrdə Azərbaycan Ordusunun hərbi hissələri düşmənlə bilavasitə təmas vəziyyətində döyüş mühafizəsi və döyüş növbətçiliyi xidmətlərini aparır və torpaqlarımızın düşməndən […]

Yayın sonuncu ayında havanın necə keçəcəyi məlum olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı gözlənilir. Birinci ongünlükdə ölkə ərazisində hava şəraitinin mülayim, […]

Prezident İlham Əliyevin bu il iyunun 3-də imzaladığı “Azərbaycan vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncamına uyğun olaraq, iyulun 1-dən başlayan növbəti həqiqi hərbi xidmətə çağırış başa çatıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət […]

Türkiyə KİV-lərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin “Demirören” media qrupunda pay sahibi olmaq niyyəti barədə məlumatlar yayılıb. Məsələ ilə əlaqədar SOCAR-dan Trend-ə bildiriblər ki, sözügedən media qrupunda pay sahibi olmaq kimi bir plan mövcud deyil. Qeyd edək ki, Türkiyə KİV-ləri SOCAR-ın “Demirören” media qrupunda pay əldə etmək fikrində […]

Azərbaycan Respublikasının XX əsrin sonlarında müstəqilliyinə qovuşan gənc dövlətlər sırasında ən uğurlularından biri olması bütün dünyada hamılıqla qəbul olunan gerçəklikdir. İqtisadiyyatını 3,5 dəfə artırmaq, əhalinin həyat səviyyəsini dəfələrlə yüksəltmək, möhtəşəm infrastruktur layihələri sayəsində ölkənin simasını büsbütün yeniləşdirmək, ən islahatçı dövlət adını qazanmaq və sair nailiyyətlər gənc dövlətlərdən heç də hamısına […]