Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları növbəti cinayət əməlinin üstünü açıblar. Asmedia.org bildirir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri 34 yaşlı Babək Sadıqov, 31 yaşlı Fərid Torkiyev və Bakı şəhər sakini 49 yaşlı Elba Əhmədov saxlanılıb. Araşdırmalar zamanı müəyən edilib ki, Babək Sadıqov və […]

Azərbaycanda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində ekspert qrupu və işçi qrupu yaradılıb. “Report” xəbər verir ki, bununla bağlı məsələ MSK-nın bu gün keçirilən iclasında müzakirə edilib. İclasda ilk olaraq vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması […]

Dekabrın 7-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclasında “Azərbaycan Respublikasında 2020-ci ilin fevralın 9-da növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” ilə əlaqədar müzakirələr aparılıb. AZƏRTAC xəbər verir ki, MSK-nın katibi Arifə Muxtarova gündəlikdəki məsələ ilə bağlı çıxışında növbədənkənar parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri […]

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 528 nəfər məhbusu əfv edib. Asmedia.org xəbər verir ki, məlumatı Türkmənistanın Dövlət İnformasiya Agentliyi yayıb. Prezident əfv haqda fərmanı ötən gün hökümətin genişləndirilmiş iclasında imzalayıb. Fərmana əsasən, 528 şəxs azadlığa buraxılıb. Cinayəti törətmiş və məhkəmənin qərarı ilə müəyyən edilmiş ərazidə yaşamaq qərarı verilən şəxslərə də əfv fərmanı […]

Dünən mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində ölkəmizin hər yerində genişmiqyaslı ağacəkmə aksiyası keçirildi. Nəticədə bir gün ərzində bütün ölkə ərazisində 650 mindən çox ağac əkildi. Bununla da hər birimizin gözü önündə “Müstəqil […]

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Yarımadada gecə 5-7° […]

Bakının Xətai rayonunda içməli su olmayacaq. Asmedia.org xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb. Bildirilib ki, Xətai rayonu ərazisində magistral su xəttində baş vermiş qəza səbəbindən gün ərzində rayonun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq. Yaranmış problemin aradan qaldırılması ilə əlaqədar tədbirlər görülür. Oxu.Az

Prezident İlham Əliyevin növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı sərəncamı rəsmi şəkildə ictimaiyyətə çatdırılıb və seçilmək arzusunda olan vətəndaşlar namizədliklərini irəli sürə bilərlər. Asmedia.org məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycan Televiziyasına məlumat verib. MSK sədri qeyd edib: “Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edib müvafiq sənədləri […]

Bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 36-cı km-də yol-nəqliyyat hadisəsi baş verib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, Bakı şəhəri istiqamətində hərəkətdə olan Qəbələ rayon sakini Maqsud Əliyevin idarə etdiyi, 45 BL 581 dövlət nömrə nişanlı, “VAZ 21043” markalı minik maşını naməlum səbəbdən […]

Kənd Təsərrüfatı Nazirliyi Bakıda bayram yarmarkaları təşkil edəcək. Nazirlikdən Trend-ə verilən məlumata görə, yarmarkalar Bakının 5 müxtəlif nöqtəsində təşkil ediləcək. Bayram yarmarkaları “Kənddən Şəhərə” layihəsi çərçivəsində həyata keçirilir. Bayram yarmarkası dekabrın 21-dən 30-dək davam edəcək.