BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq Yoxsulluqla Mübarizə Günü ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib. AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, təşkilatın rəhbəri qeyd edib: “Uşaqlar arasında səfalətin səbəbi məhz onların ailələrinin yoxsul olmasıdır. Biz bununla mübarizə aparmalıyıq. Prioritet vəzifələrdən biri keyfiyyətli sosial xidmətlərin hamı üçün əlçatan olmasıdır”. Beynəlxalq Yoxsulluqla Mübarizə […]

Hazırda dərsliklər üçün fərqli istifadə müddətinin tətbiqi üzərində iş aparılır. Asmedia.org Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib. Nazir əlavə edib ki, hazırda məktəbdə dərsliklərin istifadəsi 4 il üçün nəzərdə tutulur. Şagird sayının dəyişməsi ilə bağlı əlavə nəşrlər […]

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatandan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən […]

Türkiyənin Suriyanın şimalında başlatdığı “Barış pınarı” hərbi əməliyyatları çərçivəsində 673 PKK/YPG terrorçusu zərərləşdirilib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Buna qədər 6375 terrorçunun zərərsizləşdirildiyi deyilirdi. Qeyd edək ki, Türkiyə oktyabrın 9-dan etibarən Suriyada antiterror əməliyyatlarına başlayıb.

Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib. Müşavirədə 2019-cu ilin doqquz ayının sosial-iqtisadi yekunları və 2020-ci ilin dövlət və icmal büdcəsi layihələri müzakirə edilib. Prezident İlham Əliyev müşavirədə çıxış edib. Ölkə başçısı Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə danışıb. O bildirib ki, Azərbaycan Dünya Bankının nüfuzlu “Doing […]

Azərbaycanda bir neçə ildir ki, ən ağır transplantasiyalardan biri olan sümük iliyi transplantasiyası həyata keçirilir. Toxuma qrupu antigenləri (HLA) xəstə ilə uyğun olan hər bir sağlam şəxs donor ola bilər. Asmedia.org kimlərin bu donorluğa daha yaxın olması barədə məlumatı təqdim edir. Bacı və ya qardaşın toxuma uyğunluğunun olma ehtimalı olduqca […]

Bu günlərdə Qubada növbəti Alma bayramı festivalı keçirildi. Belə tədbirlər rayonun iqtisadi, ictimai və mədəni həyatına nələr vəd edir?  Bu sualla müraciət etdiyimiz Milli Məclisin deputatı Azər Badamov bildirdi ki, belə tədbirlərin  keçirilməsi, hər şeydən əvvəl, regionlarımızın inkişafının, eləcə də aqrar sahədə yüksək nailiyyətlərin göstəricisidir: “Danılmaz faktdır ki, Prezident İlham […]

Prezident İlham Əliyev Mayıl Əhmədovun ordenlə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kitabxana işi sahəsində səmərəli fəaliyyətinə görə Mayıl Hilal oğlu Əhmədov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb. Bundan başqa, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi […]