Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ağstafa rayonu, Dağ Kəsəmən kəndi ərazisində tullantıların qalaqlanması və antisanitar vəziyyətin yaranması ilə bağlı daxil olan şikayət nazirliyin regional idarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, əraziyə keçirilən baxış zamanı məişət tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, qeyri-mütəşəkkil […]

Gəncə-Qazax magistral avtomobil yolunun keçən hissəsində, “aeroport yolu” deyilən ərazidə qeydə alınan hadisə zamanı Rusiya dövlət nömrə nişanlı “Mazda” markalı avtomobil yoldan çıxaraq hasara dəyib və aşıb. Məlumata görə, qəza nəticəsində avtomobildə olan 1991-ci il təvəllüdlü Qurbanov Sənan Səyyad oğlu hadisə yerində ölüb. 1993-cü il təvəllüdlü Əliyev Fərid Rasim oğlu və daha […]

Təqaüd yaşı keçmiş məmurların istefası məsələsinin aktuallaşmasından sonra Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) də yerinə, nəhayət, yeni şəxsin seçiləcəyi məsələsi də diqqət mərkəzinə gəlib. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın 82 yaşı olmasına baxmayaraq, hələ də bu vəzifədə qalması onun adının medianın gündəmindən düşməsinə imkan vermir. “Yeni Müsavat”a daxil […]

Azərbaycan vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi qaydaları təsdiqlənib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin […]

Kanadada yaşayan soydaşımız Fərid Qardaşxanov Cüdo idman növü üzrə Ontario Açıq Cüdo Çempionatının (Ontario Open Judo Championships) qalibi olub. Qeyd edək ki, Azərbaycan əsilli idmançı yarışda Kanada bayrağı altında çıxış edib. 60 kq çəki dərəcəsində çıxış edən həmvətənimiz finalda rəqibini 1 dəqiqə ərzində məğlub edib və ölkənin ümumi çempionatında iştirak […]

Sabahdan – noyabrın 16-dan Azərbaycanın orta məktəblərində payız tətili başlayır. Asmedia.org xəbər verir ki, 2019-2020-ci tədris ilinin 5 günlük tətili noyabrın 20-də başa çatacaq. Noyabrın 21-də dərs olacaq. Tədris ilinin 5 günlük qış tətili isə 2020-ci ilin yanvarın 27-də başlayacaq və 31-də bitəcək. Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər […]

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub. Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayev tutduğu vəzifədən azad edilib. Nazirin digər əmri ilə polkovnik Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə təyinat alıb. Qeyd […]

Bakıda uşaq evində yaşayan qız itkin düşüb. Hadisə Nərimanov rayonunda baş verib. Belə ki, noyabrın 13-də saat 07:30 radələrində Əhmədli qəsəbəsində yerləşən uşaq evində yaşayan Zərdab rayon sakini, 2003-cü il təvəllüdlü, onuncu sinif şagirdi Ayşə Vəlizadə Nərimanov rayonu İ.Abışov küçəsində yerləşən mənzilə gəlib. Oradan çıxdıqdan sonra uşaq evinə qayıtmayıb. Faktla bağlı […]

İsrailin paytaxtı Təl-Əvivdə “Bellator 234” döyüş gecəsi baş tutub. UFC-dən sonra ikinci mötəbər MMA yarışı sayılan “Bellator”da iki azərbaycanlı döyüşçü debüt edib. Vüqar Kərəmov bu sınaqdan üzüağ çıxıb. O, birinci raundda “Şoumen” ləqəbli braziliyalı Qustavo Vurlitseri döyərək məğlub edib. Bu, Vüqarın MMA-da 14-cü qələbəsi olub. O, ardıcıl 10-cu görüşdə yenilməzliyini […]

“Honda”nın 2021-ci il Formula 1 çempionatında qalacağı hələ məlum deyil, lakin yapon motorçular artıq gələn il titul qazanmağı qarşıya məqsəd qoyublar. “Honda”nın prezidenti Takahiro Haçiqo bununla bağlı deyib: “2015-ci ildə Formula 1-ə qayıtdıqdan sonra biz dörd mürəkkəb mövsüm keçirmişik. Bizim üçün çox çətin olub, amma bu il Avstriyada keçirilən yürüşü […]