Payızda immuniteti artıran qidalar

Havaların soyuması ilə əlaqədar qrip və soyuqdəymə kimi xəstəliklər özünü göstərməyə başlayıb. Ancaq gündəlik qəbul etdiyimiz qidalarda bir sıra dəyişikliklər edərək, xəstəliklərin qarşısını ala bilərik.

Təzə qoz

Təzə qoz yeməyin ən yaxşı fəsli payızdır. Qoz həm Omega-3, həm də E vitamini ilə zəngin olduğu üçün immun sistemini gücləndirir. Balıq yeməyi sevməyən şəxslər və vegeterianlar üçün mükəmməl Omega-3 və protein qaynağıdır. 100 qramında 654 kalori olduğu üçün arıqlamaq istəyənlər gündə 3-4 ədəddən artıq qoz yeməməlidirlər.

İspanaq

C və E vitamini ilə zəngin olan ispanaq lütein, zeaksantin, betakaroten və glutatyon kimi birləşmələrlə zəngin olan bir antioksidantdır. Ürək və damar xəstəliklərindən qəbizliyə, xərçəngdən diabetə qədər bir çox xəstəliyə faydalı olan, həm su səviyyəsi yüksək, həm də aşağı kalorili bir tərəvəzdir.

Balqabaq

C vitamini baxımından da zəngin olan balqabaq antioksidant xüsusiyyətləri ilə immun sistemini gücləndirir, göz sağlamlığını və xərçəngə qarşı orqanizmi qoruyur.

Yaşıl soğan

A və C vitamini ilə zəngin olan yaşıl soğan immun sistemini qüvvətləndirən bir çox birləşməyə sahibdir. Dietoloqlar bu göyərtini mövsümündə mütləq istifadə etməyin lazım olduğunu deyirlər. Aşağı kalorili olduğu üçün  pəhriz saxlayanlar üçün də faydalı bir alternativdir.

Xurma

Şirniyyat istəyini yatırmaq üçün 1 orta boy xurma 2 pors meyvəyə bərabərdir. Pəhrizdə xurmanın üzərinə 2-3 ədəd qoz ləpəsi əlavə edib, darçın səpərək, möhtəşəm bir şirniyyat əldə etmək olar. Ya da səhər naharı üçün qatıq və yulafla bərabər yeyə bilərsiniz.

Röya Rasimqızı, “İki sahil”

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Milli qurtuluşa gedən yolun ilk pilləsi...

Ca Okt 3 , 2019
Ulu öndər Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də Azərbaycan Prezidenti seçilməsi ölkəmizin tarixində yeni mərhələnin başlanğıcını qoydu Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də 1993-cü il oktyabr ayının 3-nə təsadüf edir. Həmin gün […]