Prezident “ASAN xidmət”ə 19 milyon manat ayırdı – SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Tovuz rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Tovuz rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.25.1-ci yarımbəndində göstərilmiş məbləğin 19 255 000 (on doqquz milyon iki yüz əlli beş min) manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Radikal müxalifətlə ermənilərin sinxron fəaliyyəti

Be Noy 4 , 2019
Hər bir siyasi lideri xalqa sevdirən başlıca meyar onun milliliyi, milli ideyaya bağlılığı və milli maraqlara xidmət etməsidir. Ulu öndər Heydər Əliyev siyasi fəaliyyətinin hər bir mərhələsində Azərbaycana dərindən bağlı olduğunu, bütün gücünü və böyük siyasi təcrübəsini dövlətimizin inkişafına və xalqımızın rifahına sərf etdiyini, həm öz şəxsi mənəvi keyfiyyətləri, həm […]