Prezident “Azərxalça”ya iki milyon manat ayırdı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Xocalı filialı üçün xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Xocalı filialı üçün xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.24.14-cü yarımbəndində göstərilmiş məbləğin 2 milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bakıda hind filmi çəkildi - VİDEO

Ça Noy 5 , 2019
Hindistanın “Vishal Movies” film və “Muzik247” musiqi şirkətinin istehsalı ilə Azərbaycanda, İçərişəhərdə “Action” adlı döyüş filmi çəkilib. Filmin treyleri you tube-da yerləşdirilib. Məlum olub ki, filmin bəzi hissələri Türkiyədə lentə alınıb. İçərişəhər və Bakının digər ərazilərində çəkilən kadrlarda şəhərin möhtəşəm və tarixi mənzərələri təsvir olunub. Rejissorluğunu Vinayagar Sundar Vel, prodüserliyini […]