Prezident Qəbələyə iki milyon manat ayırdı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Qəbələ rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, iyirmi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq iki milyon manat ayrılıb.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Müasir Azərbaycan kəndi – Gülşənabad

Ça Okt 29 , 2019
Kompleks quruculuq işləri kəndin yeni inkişaf tarixinin əsasını qoyub Ümummilli liderimiz Heydər Əliyev “Yeni 2001-ci il, Yeni Əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ndə deyirdi: “Bəşəriyyətin qədəm qoyduğu müasir inkişaf mərhələsində öz layiqli yerimizi tapmaq üçün gərək biz zamanın tələbləri ilə uyğunlaşa bilək”. Ulu Öndərimizin ideyalarının reallaşması müstəqil Azərbaycanın və […]