Qan rəngində axan çay görənləri dəhşətə gətirdi – VİDEO

ABŞ-ın Missisoqe şəhərində (Ontario ştatı) lentə alınan kadrlar bir çox insanı dəhşətli dərəcədə qorxudub.

“New York Post” xəbər verir ki, kadrlarda yerli çayda qırmızı suların axmasını görmək olar.

Bu mənzərə ilə qarşılaşan insanlar dünyanın sonunun yaxın olduğunu düşünüblər.

Lakin bir müddət sonra bu hadisənin fövqəltəbii bir şey olmadığı müəyyən edilib.

Məlumata əsasən, yaxınlıqda yerləşən fabrikdə baş verən qəza nəticəsində təxminən 400 litr mürəkkəb çaya tökülüb.

Ekoloqlar artıq suyun təmizlənməsi ilə məşğul olurlar.

 

asmedia org

Bir cavab yazın

Next Post

Ədliyyə Nazirliyi: 200 məhkum azadlığa buraxılıb

C Mar 27 , 2020
Ölkəmizdə qlobal pandemiyanın qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən zəruri qabaqlayıcı tədbirlər, o cümlədən dezinfeksiya işləri davam etdirilir. Nazirlikdən Trend-ə bildirilib ki, penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçərək, məhkum və təqsirləndirilən şəxslərin yaxınları ilə görüşləri və […]