Qırğızıstan Azərbaycandan tranzit daşımaları üçün kvotaların artırılmasını xahiş edib

Qırğızıstanın nəqliyyat və yollar naziri Jenişbek Noqoybayev Azərbaycan hökumətindən tranzit daşımaları üçün kvotaların artırılmasını xahiş edib.

Asmedia.org Trend-ə istinadən xəbər verir ki, nazir bu müraciətlə Qırğızıstan-Azərbaycan iqtisadi və humanitar əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının iclasında çıxış edib.

Nazir bildirib ki, hazırda Qırğızıstanın tranzit daşımaları üçün 50 kvotası var:

“Onların hər biri işə salınıb. Biz sizin ölkəyə müraciət etmişik ki, kvotaları artırsınlar. Oktyabr ayında biz Azərbaycandan nəqliyyat üzrə nümayəndə heyətini gözləyirik. Ümid edirik ki, daşımalar üçün əlavə kvota müraciətimiz təmin olunacaq”.

İclasda çıxış edən Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov bu problemlə bağlı məlumatlı olduğunu bildirib:

“Biz bu məsələyə tam ciddiyyətlə yanaşırıq”.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Hava şarı qəzaya uğradı: Ana və oğlu öldü - VİDEO

Ça Okt 8 , 2019
Çinin Şandun əyalətindəki parkda ana və övladı faciəvi şəkildə ölüblər. Hadisə yerindən kadrlar “Daily Mirror” qəzeti tərəfindən yayımlanıb. Oktyabrın 1-də 31 yaşlı çinli qadın üç yaşlı oğlu ilə hava şarında gəzmək qərarına gəlib. Şar 50 metr hündürlüyə qalxdıqdan sonra qəzaya uğrayıb. Kadrlardan cütlüyün əvvəlcə şarda necə oturduğu, kameralara əl elədiyi görünür. Elə bu vaxt […]