Rusiyada əfsanəvi DST-yə əvəz tapıldı

Draqun snayper tüfəngini (DST) əvəz edəcək Çukavin snayper tüfənginin (ÇST) seriyalı istehsalına iki il sonra başlanılacaq.

Bu barədə RİA “Novosti”yə konsernin baş konstruktoru Sergey Urjumtsev xəbər verib.

Urjumtsev qeyd edib ki, təcrübə-konstruktor işlərinə 2017-ci ildə başlanılıb və sifarişçilər güc strukturlarıdır. Yaxın iki il ərzində bu işlərin başa çatdırılması və ÇST-nin seriyalı buraxılması planlaşdırılır.

Konstruktorun sözlərinə əsasən, yeni tüfəngin əsas sifarişçisi Müdafiə Nazirliyidir, belə ki, 1963-cü ildə qəbul edilmiş DST-yə o vaxtdan əhəmiyyətli yeniliklər edilməyib: “Onun  parametrləri bir neçə on il saxlanılıb və hərbçilərin ehtiyaclarını təmin edirdi”.

ÇST layihə bütün hərbi hissələrdə DST-ni  əvəz etməlidir. Tüfəng üç kalibrli – 7, 62×51, 7,62x54R və .338 LM (8,6×70 millimetr) hazırlanır.

 

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Lukaşenko “dözmək” qərarına gəldi: Avropaya “yox” dedi

Ç Noy 13 , 2019
Minsk Avropa Şurasına üzvlüklə bağlı gözləməyə hazırdır. Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Avstriya prezidenti Aleksander Van der Bellen ilə görüşdən sonra bildirib. “Avropa Şurasına və üzvlüyümüzə gəldikdə isə, sağ olun, yox – dözərik”, – deyə Lukaşenko jurnalistlərə deyib. Bundan əvvəl der Bellen xatırlatmışdı ki, Belarusda ölüm cəzasının qanuniləşdirilməsi respublikaya […]