Rusiyada sürücü sərnişini bıçaqladı – VİDEO

Rusiyanın Krasnoyarsk vilayətində sürücü avtomobilin salonunda sərnişinə bıçaqla hücum edib.

“Ren TV” xəbər verir ki, şahidlər bu hadisəni lentə alıblar. Məlumata əsasən, cinayətkar hadisə yerindən uzaqlaşıb, bıçaqlanmış şəxs isə maşının ön şüşəsini qıraraq avtomobili tərk edib.

O, xəstəxanaya qaldırılıb, onun həyatı təhlükə altında deyil.

Hüquq-mühafizə orqanlarının əməkdaşları artıq cinayətkarı müəyyənləşdirib və həbs edib.

 

asmedia org

Bir cavab yazın

Next Post

Şagird və abituriyentlərin nəzərinə!

Ç Apr 1 , 2020
Koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən həyata keçirilən tədbirlərə uyğun olaraq təhsil müəssisələrində tədris prosesi dayandırılıb. İnfeksiyanın geniş yayılmasına yol verməmək üçün sosial təcridin gücləndirilməsi ilə bağlı müxtəlif qərarlar qəbul olunub. Dövlət İmtahan Mərkəzi (DİM) imtahan və tədris prosesində yaranmış fasilə müddətində şagirdlərin […]