Rusiyada tələbə yoldaşlarına atəş açdı: 2 nəfər öldü, 3 yaralı var – VİDEO

Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində İnşaat və Kommunal Kollecində silahlı insident baş verib.

TASS” xəbər verir ki, tələbələrdən biri özü ilə tüfəng gətirib və yoldaşlarına atəş açıb.

Şahidlərin sözlərinə görə, 4-cü kurs tələbəsi dərsə gecikdiyi üçün auditoriyadan qovulub. O sinifdən çıxıb və geriyə tüfənglə qayıdıb.

Atəş nəticəsində bir nəfər hadisə yerində keçinib, üç nəfər ağır yaralanıb.

Qətli törədən şəxs polisə silahlı müqavimət göstərib və sonra intihar edib.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Almaniyada insan alverinə qarşı böyük əməliyyat: Azərbaycanlılar tutuldu

Ca Noy 14 , 2019
Ötən gün Almaniya polisi miqrant alveri ilə məşğul olanlara qarşı əməliyyat keçirib. Keçirilən əməliyyat ölkənin Köln, Frankfurt, Koblenç və Düsserdorf şəhərlərini əhatə edib. Ev və obyektlərə edilən basqın zamanı bir neçə nəfər saxlanılıb. Almaniya mətbuatının yaydığı məlumata görə, miqrant daşıyan dəstə üzvlәri qaçaq yolla Azәrbaycandan xeyli sayda insanı Almaniyaya aparıblar. […]