Rusiyada tankerdə partlayış olub – Ölənlər var

Rusiyada Naxodkada “Amerika körfəzi” tankerində partlayış baş verib, nəticədə üç nəfər həlak olub, bir nəfər xəsarət alıb.

Bu barədə “İnterfaks” Vladivostokun dəniz xilasetmə-əlaqələndirmə Mərkəzinə istinadən məlumat yayıb.

Partlayışın səbəbləri hələlik məlum deyil.

“Vladivostok xəbərləri”nin məlumatına görə, gəmidə yanğın başlayıb, xilasedicilər alovu söndürməyə çalışırlar.

Bildirilir ki, gəmi Astafyev burunu yaxınlığında reyddə idi. Tankerin göyərtəsində doqquz nəfər olub.

Hadisə yerində xilasedicilər işləyir.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Prezidentdən BDU-nun 100 illiyi ilə bağlı mühüm - FƏRMAN

Şb Noy 2 , 2019
Prezident İlham Əliyev “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar fərman imzalayıb. Bu barədə AZƏRTAC xəbər yayıb. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden […]