Səhiyyə Nazirliyi ləğv edilir

Prezident İlham Əliyevin kadr və struktur dəyişiklikləri davam edir.

Yaxın günlərdə daha iki nazirliyin birləşdirliməsi planlaşdırılır. Söhbət Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən gedir.

Bildirilir ki, bununla bağlı lazım olan bütün işlər yekunlaşıb. Yaxın günlərdə nazirliklərin birləşdirilməsi barədə sərəncam imzalanacaq.

Məsələ ilə bağlı BakuPost-a danışan tanınmış ekspert Rövşən Ağayev hesab edir ki, adları çəkilən iki nazirliyin birləşdirilməsi labüddür və bir çox ölkələrdə səhiyyə sistemi sosial müdafiə sisteminin tərkib hissəsi kimi, eyni qurum tərəfindən idarə olunur:

“Dünyada səhiyyə sistemi ilə sosial müdafiə sistemi qurumlarının bir yerdə olması təcrübəsi geniş yayılıb. Çox uzağa getməyək, elə bizim region ölkələrində – Rusiya və Gürcüstanda bu, sınaqdan keçirilib. Nəzərə alın ki, səhiyyə bütövlükdə sosial müdafiənin tərkib hissəsidir. Həm də onu nəzərə alın ki, yanvar ayının 1-dən Səhiyyə Nazirliyini təsərrüfat funksiyaları, xəstəxanaların idarə edilməsi funksiyaları tam məhdudlaşdırılır. Bilirsiz ki, bu işləri TƏBİB həyata keçirəcək. Bundan sonra Səhiyyə Nazirliyinin əsas işi səhiyyə siyasətinin həyata keçirilməsi olacaq. Bu da çox rahat şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində həyata keçirilə bilər. Yəqin ki, ƏƏSMN-nin tərkibində səhiyyə siyasətini həyata keçirən bir departament yaradılacaq.

Yəni, Səhiyyə Nazirliyinin ləğv edilməsi və ƏƏSMN-ə birləşdirilmsi tamamilə məqbul bir modeldir”.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Milli Məclisin ən yaşlı üzvləri kimlərdir? - SİYAHI

C Okt 25 , 2019
2020-ci ilin noyabrında Azərbaycanda növbəti – VI çağırış Milli Məclisə seçkilər keçiriləcək. Növbəti seçkilərdən sonra parlamentin daha da gəncləşməsi gözlənilir. Bunun səbəbi isə Prezident İlham Əliyevin ölkədə aparılan islahatların bir hissəsi olaraq, dövlət strukturlarında kadrların yenilənməsini zəruri hesab etməsidir. Növbəti parlament seçkilərində yaşca daha gənc olanların deputatlığa namizədliklərini irəli sürəcəyini […]