Şagird və abituriyentlərin nəzərinə!

Koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən həyata keçirilən tədbirlərə uyğun olaraq təhsil müəssisələrində tədris prosesi dayandırılıb. İnfeksiyanın geniş yayılmasına yol verməmək üçün sosial təcridin gücləndirilməsi ilə bağlı müxtəlif qərarlar qəbul olunub.

Dövlət İmtahan Mərkəzi (DİM) imtahan və tədris prosesində yaranmış fasilə müddətində şagirdlərin dərslərdən kənar qalmamaları üçün özünün “Youtube” kanalı vasitəsilə “vizuallaşdırılmış dərs” və otk.az portalında onlayn sınaq imtahanı xidmətlərini təqdim edib. Hər iki xidmət ödənişsizdir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, şagird və abituriyentlər tətil zamanı öyrəndikləri mövzular üzrə bilik səviyyələrini yoxlamaları üçün “Abituriyent” jurnalından və onun əlavələrindən istifadə edə bilərlər.

Dövlət İmtahan Mərkəzi bu nəşrlərin onlayn sifariş sistemi vasitəsilə ünvanlara çatdırılmasını təmin edir.
Abiturient.az saytında bank kartı vasitəsilə ödəniş etməklə jurnalın bütün saylarını və əlavələrini əldə etmək olar. İstifadəçi almaq istədiyi nəşri seçib bank kartı vasitəsilə ödəniş edir. Daha sonra həmin nəşr “Abituriyent” jurnalının əməkdaşları və ya poçt xidməti vasitəsilə region və məsafədən asılı olaraq ən geci 5 gün ərzində sifarişçinin ünvanına çatdırılır.
Qeyd edək ki, hər bir nəşrin ünvana çatdırılma xərci 1,5 manatdır. Aprelin 1-dən etibarən edilən sifarişlərdə ümumi məbləğ 20 manatdan çox olarsa, çatdırılma pulsuz olacaq.
Nəşrlərin çatdırılmasında ləngimə olarsa, 012-489-02-59 nömrəsinə zəng edə və ya abiturient.journal@gmail.com ünvanına yaza bilərsiniz.
“Abituriyent” jurnalının nəşrlərinin elektron versiyalarını (pdf formatında) isə https://eservices.dim.gov.az/ejurnal/ ünvanından əldə etmək mümkündür.

asmedia org

Bir cavab yazın

Next Post

Maaşlardan icbari tibbi sığorta haqqının tutulması gələn ildən həyata keçiriləcək

Ç Apr 1 , 2020
İcbari tibbi sığortanın tətbiqi və icbari tibbi sığorta haqqının toplanılması 2021-ci ildə həyata keçiriləcək. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Milli Məclisin 30 mart 2020-ci il tarixində keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” qanunun 4 maddəsinə dəyişikliklər qəbul edilib. Birinci dəyişikliyə əsasən, icbari tibbi sığorta ölkənin […]