Söyüd ağaclarını kəsdiyinə görə cəzalandırıldı – FOTO

Ağsu şəhərində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət Nazirliyin yerli ekologiya idarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

ETSN-dən verilən məlumata görə, araşdırma zamanı şəhərin Molla Vəli Vidadi küçəsində altı söyüd ağacının icazəsiz kəsildiyi aşkar edilib. Ağacların Ağsu Yaşıllaşdırma və Abadlaşdırma MMC-nin rəisi Namiq Mürsəlovun göstərişi ilə kəsildiyi və təbiətə 1360 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Faktla bağlı akt tərtib edillib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər qanunamüvafiq tədbirlərin görülməsi üçün Ağsu şəhər Prokurorluğuna göndərilib.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosunun yeni rəisini kollektivə təqdim etdi

Şb Noy 16 , 2019
Bu gün Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosuna gedərək qurumun yeni rəisi polis polkovniki Əlaslan Ağayevi şəxsi heyətə təqdim edib, xidməti fəaliyyətin daha səmərəli və effektiv təmin edilməsi üçün tələb və tövsiyələrini verib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Xatırladaq ki, V.Eyvazovun əmri […]