Təcili eniş edən təyyarə Ukraynaya düşüb

Ukraynanın Lvov şəhəri yaxınlığında təcili eniş edən An-12 yük təyyarəsi Viqo (İspaniya) – Lvov istiqamətində uçuş həyata keçirib.

Bu barədə cümə günü Ukrayna İnfrastruktur nazirinin müavini Yuriy Lavrenyuk məlumat verib.

Məlumata əsasən, təcili eniş edən təyyarə heyəti təxliyyə olunub. Ukraynanın İnfrastruktur naziri Vladislav Krikliyin verdiyi ilkin məlumata görə, eniş nəticəsində yeddi nəfərlik təyyarə heyətindən dörd nəfərin öldüyü bildirilir.

Qeyd edək ki, təcili enişin səbəbi yanacağın tükənməsi olub. Bu barədə məlumatları nazir müavini rəsmi “Facebook” səhifəsində yayımlayıb.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Baş nazirdən yeni QƏRAR

C Okt 4 , 2019
“Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında dəyişiklik edilib. “İki sahil”in məlumatına görə, bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb. Qərarda Nazirlər Kabineti Təhsil Nazirliyinin və Maliyyə Nazirliyinin təklifləri […]