Tahir Kərimli Bayıl-Zığ gəmi yolunu açmağı təklif etdi

Milli Məclisin plenar iclasında büdcə müzakirələri davam etdirilir. Deputat Tahir Kərimli dedi ki, komitə iclaslarında səsləndirdiyi bəzi suallarına hələ də cavab almayıb. “Nə üçün bizim hərbi büdcəmiz 2023-cü ilə kimi 1,4 milyard azaldılıb? Bəlkə Qarabağ müharibəsini udmuşuq, bəlkə hərbi təlimlər keçirməyəcəyik? Müdafiə məsələlərinə çox diqqətli olmaaq lazımdır!” T.Kərimli Quba-Qonaqkənd-Şamaxı yolu, həmçinin Ağsu döngələri ilə bağlı narahatlığını da bölüşdü: “Axı, bu, çox həssas məsələdir. Mənim Ağsu rayonumuz 10 illərlə bir yük maşını girib-çıxmır. Nə üçün 20 km-lik kəndə gəlin köçürəndə adamlar 150 km məsafə qət etməlidirlər?”

Deputat siyasi partiyaların maliyyələşməsi ilə bağlı da təkliflərini səsləndirdi. Eyni zamanda o, paytaxtı yükdən xilas etmək üçün Bayıl-Zığ gəmi yolunu açmağı təklif etdi.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Mətanət Əsədova: Məndən əxlaqlısı yoxdur - VİDEO

Ç Noy 13 , 2019
Ötən axşam məşhur müğənni Mətanət Əsədovanın “Xəzər” TV-də yayımlanan “5-də 5” proqramında bəzi sənət yoldaşlarının ünvanına atdığı atmacalar söz-söhbətə səbəb olub. Mətanət üzünü verilişin aparıcısı Zaur Kamala tutaraq, onun sadəlövhlüyündən və təvazökarlığından istifadə edən məşhurlardan söz açıb. “Sən o qədər ürəyi təmiz insansan ki, verilişinə gələn insanları yaxşı tanımamısan. Buraya gəlib deyər, […]