TANAP 1000 layihə reallaşdırıb

“TANAP marşrutu üzərindəki şəhər, qəsəbə və kəndlərdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi və təbii ehtiyatların qorunması məqsədilə 1000 layihə dəstəklənib”.

Bunu Türkiyənin İstanbul şəhərində keçirdiyi mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

O, bildirib ki, bunun üçün üç müxtəlif maliyyə mexanizmi tətbiq edilib: “Birbaşa qrant, birbaşa və proqram töhfə vəsaitləri ilə ümumilikdə 20 şəhər, 67 qəsəbə və 600 kənddə 1000 layihə həyata keçirilib”.

Saltuk Düzyol deyib ki, bundan əlavə, turizm sahəsində xidmət diversifikasiyasına, kənd yerlərində səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsinə, məktəb, kitabxana, idman kompleksləri və ümumi sosial obyektlərin təkmilləşdirilməsinə və digər məsələlərə dəstək göstərilib.

Orxan Vahidoğlu,

Türkiyə

“İki sahil”

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Rusiya-Azərbaycan strateji münasibətləri yeni mərhələdə

Ça Okt 8 , 2019
Prezident İlham Əliyevin xarici ölkələrə bütün səfərlərinin diqqətlə izlənilməsi,  çıxışlarının auditoriyalarda  maraqla dinlənilməsi, beynəlxalq hüquqa, ədalətə əsaslanan arqumentlərinin, dünya hadisələrinə  obyektiv baxışının, zamanın tələbindən irəli gələn çağırışları əməli fəaliyyəti ilə  cavablandırması dövlət başçımızın liderlik fəlsəfəsinin beynəlxalq səviyyədə etirafıdır. Cənab İlham Əliyevin azsaylı dövlət başçılarının dəvət olunduğu  “Valday” Beynəlxalq Diskussiya Klubunun […]