Uels millisinin Avro-2020 taleyi Bakıda həll olunur – FOTO

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Uels millisi Bakıdadır.

Asmedia.org xəbər verir ki, Böyük Britaniya təmsilçisi millimizdən fərqli olaraq, Avro-2020-yə çıxmaq şansını qoruyub saxlayır.

Bu üzdən hazırda qrupda səkkiz xalla dördüncü sırada olan Uels millisi Bakıdakı görüşdə üç xalı hədəfləyib. Əgər bu oyunda büdrəsələr, onlar ardıcıl ikinci dəfə qitə çempionatında iştirak hüququnu itirəcəklər

Komanda Bakıda oyunun keçiriləcəyi “Bakcell Arena”dakı son məşqini tam heyətlə edib. Komandanın Madrid “Real”ında oynayan kapitanı Qaret Beyl və “Yuventus”un futbolçusu Aaron Remzi məşqlərdə iştirak edir.

Qeyd edək ki, bu görüş sabah saat 21:00-da başlayacaq. Uelsdəki ilk görüşdə britaniyalılar Qaret Beylin son dəqiqələrdə vurduğu qolla 2:1 qalib gəlmişdilər.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İlham Əliyev Şlomo Amarı qəbul etdi - FOTO

C Noy 15 , 2019
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Qüds Sefardi ortodoks baş ravvini Şlomo Amarı qəbul edib. Bununla bağlı AZƏRTAC məlumat yayıb.