Ukrayna 19 min dövlət qulluqçusunu ixtisar edəcək

Ukraynanın dövlət qurumlarında 19 minə yaxın işçi ixtisar edilir.

Bu barədə Nazirlər Kabinetinin naziri Dmitro Dubilet açıqlama verib.

“İxtisara salma qərarı asan deyil, lakin zəruridir. Dövlət qurumlarının səmərəliliyini əhəmiyyətli dərəcədə artırırıq”, – deyə Dubilet bildirib.

İxtisarlar əsasən regional administrasiyalara şamil olunacaq.

Ukrayna hökuməti hesab edir ki, dövlət qurumlarında funksiyaların bir hissəsi təkrarlanır, bir hissəsi köhnəlmiş və təsirsizdir. Bəzi qurumlar birləşdirilir.

Dubilet qeyd edib ki, ixtisara düşən işçilərə 2 ay müddətində xəbərdarlıq ediləcək və onlara bütün kompensasiya xərcləri, o cümlədən istifadə olunmamış illik məzuniyyət xərcləri ödəniləcək.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Türkiyə 18 suriyalı hərbi əsiri Rusiyaya təhvil verdi

C Noy 1 , 2019
Türkiyə həbs etdiyi 18 suriyalı hərbi qulluqçunu Rusiya tərəfinə təhvil verdi. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində bildirilib. Məlumata görə, oktyabrın 29-da Ras el-Ayn şəhəri yaxınlığında həbs olunan suriyalı hərbçilər Kreml ilə danışıqlardan sonra Rusiya tərəfinə verilib.