Vilayət Eyvazovdan İnterpolun Milli Mərkəzi Bürosu rəisi vəzifəsinə – TƏYİNAT

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayev tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə polkovnik Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bir müddət əvvəl İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mehman Təhməzov yaş həddi ilə bağlı vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

asmedia org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Sabahdan məktəblilərin payız tətili başlayır

C Noy 15 , 2019
Sabahdan – noyabrın 16-dan Azərbaycanın orta məktəblərində payız tətili başlayır. Asmedia.org xəbər verir ki, 2019-2020-ci tədris ilinin 5 günlük tətili noyabrın 20-də başa çatacaq. Noyabrın 21-də dərs olacaq. Tədris ilinin 5 günlük qış tətili isə 2020-ci ilin yanvarın 27-də başlayacaq və 31-də bitəcək. Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər […]